• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Xose ən böyük nailiyyətini açıqladı

MƏDƏNİYYƏT

12 Sentyabr 2022 | 15:30

Xose ən böyük nailiyyətini açıqladı

“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri reper Elşad Xose “Минута Плюс” yutub layihəsində deyib.

Elşad hazırda narkotikdən əziyyət çəkənlərə yardım etməyə hazırlaşdığını deyib: “Bunun üçün bir sosial layihə üzərində çalışıram. Bu mövzu mənim üçün çox ağrılıdır və vacibdir. Mən özümü təcrübəli və bu mövzuda qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var”.

Şəxsi həyatından danışan reper bunları deyib: “Xoşbəxtəm və xoşbəxt olacağıma inanıram”. 

Qeyd edək ki, E. Xose bir neçə ay əvvəl ikinci dəfə ailə qurub. O, ilk dəfə rəqqasə Oksana Rəsulova ilə ailəli olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026