• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yəmənə hücum: Proses hara aparır?

SİYASƏT

15 Yanvar 2024 | 11:43 | Müəllif: Qalib İbrahimoğlu

Yəmənə hücum: Proses hara aparır?

Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

Proses hara aparır? Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, son günlər Bab əl-Məndəb boğazından keçən dəniz yollarında vəziyyət çox gərgin olub. Onun sözlərinə görə, biz İsrail-HƏMAS qarşıdurmasında üçüncü tərəfin olduğunu görürük və o üçüncü tərəf tək İsrailin gəmilərini hədələmir, İsrailin hədəflərinə zərbələr endirmir , həm də kommersiya əsasları ilə həyata keçən dəniz daşınmalarının qarşısını alır: “Bab əl-Məndəb boğazından keçən gəmilər dünya ticarətinin 12-15 faizi civarında yükünü özündə daşıyır. Son zamanlar bu gəmilərə husilər tərəfindən endirilən zərbələr nəticəsində dünya ticarət balansı bir qədər zəifləyib gəmilərin və yüklərin sığortalanması gündəmə gəlib. Sığorta xərcləri çox yüksək məbləğə qalxıb. Bu qaynar bölgədə vəziyyət kretik həddə yaxınlaşır”.

Politoloq bildirib ki, ABŞ Yəmənə hücumu ilə artıq sözlərdən hərəkətə keçdiyini göstərmək istəyir. Müsahibimiz qeyd edib ki, ilk növbədə Demokrat Partiyası özünün reytinqləri barədə düşünür: “Bildiyimiz kimi seçkilər ilidir və ilin sonuna qədər siyasi mübarizədə çox böyük gərginlik yaşanacaq. Digər tərəfədən, Donald Trampın qüvvələri “Demokrat”ları sıxışdırırlar. Onlar çoxsaylı məhkəmə instansiyalarına öz şikayətlərini bildirilər. Çalışırlar Ağ Ev administrasiyasının səhvlərindən istifadə edib onlara maneələr yaratsınlar”.

T.Abbasov tərəflərin bu prosesdə çox da dərinə getməyəcəklərini düşünür: “Düzdü, husilərin səfərbərliyi elan olunub, onların iki milyona yaxın canlı qüvvəsi, silah-sursatı var. Amma amerikanlar müttəfiqləri Böyük Britaniya və digərləri ilə birlikdə ilk növbədə hava limanlarını darmadağın ediblər. Çünki ilk növbədə husilərə məhz hava yolları ilə İrandan yardım gəlirdi.

Qalır dəniz yolları. Dəniz yollarında da amerikanların patrulları güclədnirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Husilərin silah-sursat almasında mane olacaqlar”.

Həmsöhbətimiz ABŞ-nin daxili vəziyyətinə də diqqət çəkib. Qeyd edib ki, vəziyyət çox gərgindir, ölkə daxilində yaşayan miqrantların sayı həddən artıq böyükdür: “Ölkənin 34 triliyon xarici borcu var. Hesab edirəm ki, bu proseslərdə Bayden admistrasiyası bir güllə ilə bir neçə hədəfi vurmaq istəyir. Bunun üçün də husilərə hücumlar özünü göstərməlidir. Husilərin onlara nə cavab verəcəyini isə gələcək göstərəcək. Husilərin də xeyli silah-sursatı var. Əgər amerikanlar bu hücumla hərbi-siyasi cəhətdən yüngül bir gəzintiyə çıxıbsa, husilər bu məsələdə onlardan daha təpərli ola bilərlər. Hətta belə bir xəbər də yayılıb ki, husilər artıq raket zərbəsi ilə onların bir gəmisini batırıb. Məlumat hələ ki təsdiqlənməyib”.

Tofiq Abbasov: Bütün bu prosesdə bir daha BMT-nin heç bir işə yarımadığının şahidi olduq

Onun sözlərinə görə, ABŞ-ın Qırmızı dənizdə üzən gəmiləri artıq hədəfə çevrilib: “Amerika bu kompaniyanın qısamüddətli olmasını istəsə də, husilər bu müddəti uzada bilər. Buna yetərincə imkanları da var”.

T.Abbasov son olaraq qeyd edib ki, bütün bu prosesdə bir daha BMT-nin heç bir işə yarımadığının şahidi olduq: “BMT husilərin hərəkətini pisləsə də, məsuliyyəti üzərinə götürmədi. Bu, bir daha onu göstərir ki, dünya nizamı artıq gücsüzdür. İstənilən ölkənin və fövqəl qüvvələrin nümayəndələri istədikləri addımı məqbul sayıb həyata keçirirlər. Buna görə də heç kim məsuliyyət daşımır. Bu, qlobal xaosun ən bariz göstəricisidir”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026