ABŞ-da bir nəfər yeni Alyaskapox virusundan (AKPV) ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Xəbərə görə, ölüm halı Kenai yarımadasında qeydə alınıb.
Fevralın 9-da xərçəng müalicəsi səbəbiylə xəstəxanaya yerləşdirilən kişi orada vəfat edib.
Məlumata görə, o, meşəlik ərazidə tək yaşayıb və pişiklə təmasda olub.
Qeyd edək ki, Alyaskapox virusu ştatda 2015-ci ildə aşkar edilib və onun simptomları çiçək xəstəliyinə bənzəyir. İlk növbədə heyvanlar bu virusa yoluxurlar. Təmas nəticəsində virus insana keçir.
Günəş Mərd