ABŞ-da yük qatarı relsdən çıxıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, qəza Detroyt şəhəri yaxınlığındakı Van Buren qəsəbəsində baş verib. Qəza nəticəsində ən azı 6 vaqonun zərər çəkdiyi, ölən və yaralananların olmadığı bildirilib.
Qatarın hansı səbəbdən relsdən çıxdığı hələ məlum olmasa da, bölgədə təhlükəli vəziyyətin olmadığı açıqlanıb.
Səlahiyyətlilər təhlükəli yük daşıyan vaqonların qəzadan təsirlənmədiyini və təhlükəli maddələrin təsirinə dair heç bir dəlilin olmadığını bildiriblər. Miçiqan ştatının Ətraf Mühit, Böyük Göllər və Enerji Departamenti ictimaiyyət üçün hər hansı təhlükə əlamətinin olmadığını və araşdırma üçün hadisə yerinə bir qrup göndərildiyini bildirib.
Xatırladaq ki, fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatar da relsdən çıxmışdı, onlardan 11-i kimyəvi maddələr daşıyırdı. Qəzadan sonra bəzi vaqonlarda yanğın və partlayışlar baş vermişdi. Qəza ilə əlaqədar əraziyə çox miqdarda kimyəvi maddə yayıldığı üçün minlərlə insan təxliyə edilmişdi.
Ay Tac















