Kifayət qədər yuxu almamaq bütün immunitet sistemini zəiflədir. İmmuniteti zəifləmiş orqanizm bütün digər xroniki və otoimmün xəstəliklərə qarşı həssas olur.
Bakıvaxtı.az "Haber Türk"ə istinadən xəbər verir ki, bunu nevrologiya mütəxəssisi Prof. Dr. Kamil Kadir Topalkara deyib.
O, yuxusuzluğun xroniki bir xəstəlik olduğunu və yuxu zamanı beynin özünü təmizləyə bildiyini vurğulayaraq orqanizmin sirkadiyalı ritm olduğunu, buna uyğunlaşmanın bizi digər xəstəliklərdən qoruyacağını bildirib:
"Bütün canlıların yuxuya ehtiyacı var. Yerin, təxminən, 24 saat davam edən öz oxu ətrafında fırlanması nəticəsində yaranan biokimyəvi, fizioloji və davranış ritmlərinin canlılar üzərində təkrarlanmasına "sirkadiyalı ritm" deyirik. Bədənimizin də öz ritmi var. Biz günəş çıxanda oyanmalı, hava qaralanda yatmalıyıq. Bütün hüceyrələrimiz və genlərimiz bu ritmə uyğun işləyir".
Həkimin sözlərinə görə, bu ritmə əməl etməsək, təbii olaraq problemlər yaranır: "Yeni doğulmuş körpələr çox uzun saatlar yata bilsələr də, 18 yaşından sonra böyüklər ən azı 7 saat sağlam yuxuya sahib olmalıdırlar. Orta hesabla 7-8 saat yuxu özümüzü daha canlı və fit hiss etməyimizə səbəb olur".
Mütəxəssis deyib ki, yatağa gedəndə, əslində, beynimizə dincəlmək imkanı veririk:
“Gün ərzində bir çox hadisə və bir çox məlumatla qarşılaşırıq. Bunlar yuxu zamanı bir araya gəlir, beyin istirahət edir. Yuxusuz qaldığımız müddətcə yuxu pozğunluğu ilə başlayan proses müxtəlifdir. Zəiflik immunitet sistemimizi zəiflədir. Yuxu insanın ən əsas ehtiyaclarından biridir. Bu məsələ düşündüyümüzdən də önəmlidir".
K.Kadir vurğulayıb ki, yataq otağı qaranlıq və sərin olmalıdır. Dediyinə görə, otaq temperaturu 21-22 dərəcədən çox olmamalıdır və tamamilə qaranlıq olmalıdır: \
“Səs-küydən uzaq durmalı və lazım gələrsə qulaqcıqlardan istifadə etməliyik. Yatmadan ən az 3 saat əvvəl yemək və içməyi dayandırmalıyıq. Xüsusilə spirtli içkilər yuxu keyfiyyətinizi aşağı salacaq. Yatağınız, paltarınız təmiz, otağınız geniş olmalı və havalandırılmalıdır. Qalın yorğandan daha yüngül şeylər örtməliyik. Nəfəs alma ritmimizi pozmayacaq şəkildə üstümüzü örtməliyik".
Ay Tac



jpg-1712996226.webp)












