Ukrayna Prezidenti Vladimir Zelenski görüşmək üçün Rusiyanın dövlət başçısı Vladimir Putinə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Zelenski həmkarı ilə ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq istəyib. Rusiya prezidenti hələlik ukraynalı həmkarına cavab verməyib.
Kremldən bildirilib ki, son günlər Zelenskidən Putinlə görüşməklə bağlı müraciət daxil olmayıb.
















