• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsrailin baş naziri fövqəladə vəziyyət ELAN ETDİ

DÜNYA

12 May 2021 | 10:44

İsrailin baş naziri fövqəladə vəziyyət ELAN ETDİ

İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Benyamin Netanyahu öz “Twitter” səhifəsində məlumat verib.

Daha əvvəl Lodun meri vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi.   

Al-Mayadeen telekanalı isə məlumat verir ki, şəhərin bir qrup ərəb sakini avtomobillərə od vurub, Lodda yerləşən sinaqoqlardan birini yandırmağa cəhd ediblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026