• Bakı 22° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Zemfira Kərimova VƏFAT ETDİ

İQTİSADİYYAT

15 Iyul 2024 | 09:44

Zemfira Kərimova VƏFAT ETDİ

Keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankının rəhbərliyində təmsil olunmuş Zemfira Kərimova vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Z.Kərimova keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankında İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, sözügedən bank "Aqrarkredit" QSC-nin hüquqi varisidir. 

Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1987-ci ilin dekabrın 24-də keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılıb və 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayıb. 1992-ci il oktyabrın 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilib və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərib. 2001-ci ildən isə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

15 Iyun 2025