• Bakı 20° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Naxçıvanın iqtisadiyyatı böyüyüb

İQTİSADİYYAT

13 Avqust 2024 | 12:56

Naxçıvanın iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 818 milyon 604 min 700 manat olub.

Bu barədə Bakıvaxtı.az-a Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 % artaraq 1 744,7 manat olub.

Həmçinin 2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 295 milyon 313 min 700 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 2,3 % üstələyib. Sənaye məhsulunun 264 milyon 224 min manatı və ya 89,5 %-i malların, 31 milyon 89 min 700 manatı və ya 10,5 %-i isə xidmətlərin payına düşüb.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024