Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 4278 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, onların 4090-ı fiziki şəxslər, 188-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb.
Bu ilin 7 ayında kommersiya qurumlarının 63,8 faizi elektron qaydada, 36,2 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.