• Bakı 10° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.8492

    RUB - 0.0175

Zəngilan xəstəxanasına yeni direktor təyin olundu

CƏMİYYƏT

03 Oktyabr 2024 | 19:10

Zəngilan xəstəxanasına yeni direktor təyin olundu

Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.

Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub.

2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

03 Noyabr 2024