• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Zirə" liderliyini davam etdirir

İDMAN

12 Noyabr 2023 | 19:44 | Müəllif: Subhan Mahmudov

"Zirə" liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "qartallar" liderliyini davam etdirir. "Qəbələ" 8 xalla sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, tura bu gün oynanılacaq "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulacaq. Əvvəlki matçlarda "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR