“Ərəblərin UEFA Çempionlar Liqasını almaq təklifinə FİFA-nın müsbət reaksiyası həlledici oldu. Mənim fikrimcə, FİFA-nın bu addımından sonra UEFA artıq danışıqlar aparmağa başlayacaq”.
Bu sözləri məşhur idman jurnalisti Sənan Şəfizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
S.Şəfizadə qeyd edir ki, FİFA UEFA-dan sponsor sayını və gəlir büdcəsini artırmağı tələb edib. Bu da bahalı sponsorlarla müqavilə bağlamağa bir işarədir.
Onun sözlərinə görə, ərəblər ilk olaraq UEFA Çemponlar Liqasına öz komandaları üçün bir vəsiqə istədilər. Bununla da onlar futbollarını daha çox inkişaf etdirmək istəyirlər.
Müsahibimiz bildirir ki, dünyanın futbol sahəsində ən qədim yarışlarından biri də UEFA Çempionlar Liqasıdır: “Klub yarışları sırasında qitənin və Avropanın ən öndə olan klub yarışıdır. Bir çox öndə olan futbolçular, bir çox komandalar arzulayırlar ki, nə vaxtsa bu yarışın əsas mərhələsində iştirak etsinlər. Ərəblərin bu layihəni reallaşdıracaqları təqdirdə artıq növbəti dəfə futbol pula məğlub olacaq”.
Əgər Ərəblər Çempoinlar Liqasını alsalar formatda da dəyişikliklər olacaq – Sənan Şəfizadə
Jurnalist qeyd edib ki, ərəb dövlətlərinin Çempionlar Liqasını alacaqları təqdirdə ilk illərdə əgər, bir klubun təmsil olunmasını istəyəcəklərsə, sonrakı illərdə onu artıq iki-üç komandanı ÇL-da təmsilçiliyinə nail olacaqlar: “Çox sadə şərtlə - pulu ərəblər verir, sponsorlar ərəblərdir və onlar da istədiklərini edə bilirlər”.
“Bilirsiniz ki, ərəb ölkələrinin futbol matçlarında bəzən danışılmış nəticələr qeydə alınır. Bunu hesablarda olan geri dönüşlərdən və s. kimi nüanslardan sezmək olur” deyən həmsöhbətimiz hesab edir ki, Çempionlar Liqasında da bu hallar artacaq. Dediyinə görə, burada ərəb komandalarının qalib olmaları üçün şeyxlər 5-6 qat sponsor müqavilələri təklif edəcəklər. Bununla da UEFA Çempionlar Liqası əzəmətini itirəcək.
“Əvvəlki, əzəmətli Çempionlar Liqasının dadı qalmayacaq. Onlar çempionatın adını da dəyişəcəklər, loqosunu da, himnini də...” ,- deyə Sənan Şəfizadə əlavə edib.
Ziyafət Əlisoy
















