"Zirə"nin qapıçısı Mehdi Cənnətov zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, millimizin üzvü Azərbaycan Premyer Liqasının 25-ci turunda keçirilən "Qəbələ" ilə matçın 45-ci dəqiqədə zədə alıb. Oyunu davam etdirə bilməyən Cənnətov ikinci hissənin əvvəlində Anar Nəzirovla əvəzlənib.
Qeyd edək ki, "Zirə" sözügedən görüşdə 0:3 hesabı ilə uduzub.
















