Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "qaynarinfo" saytı məlumat yayıb.
Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.
Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.
Kollecdən bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.
Qeyd edək ki, Məhbubə Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, Ziya Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri vəzifəsində çalışıb.