• Bakı 12° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

13 illik evlilik bitdi
ŞOU
01 Aprel 2026 | 20:22

13 illik evlilik bitdi

Tanınmış bloger Oksana Samoylova reper Ciqan ilə bu gün rəsmi olaraq boşanıb.

Bakıvaxtı.az xəbər verir ki, Samoylovanın vəkilinin sözlərinə görə, cütlüyün dörd övladı ananın himayəsində qalacaq.

Boşanma prosesi çərçivəsində əmlakla bağlı bölgüdə isə barışıq sazişi imzalanıb. Sazişə əsasən, Ciqan bir mənzil və üçmərtəbəli malikanə əldə edib. Bildirilir ki, o, malikanənin dəyərinin bir hissəsini Samoylovaya kompensasiya edəcək. Oksana Samoylova isə Moskvada yerləşən iki mənzili özündə saxlayacaq.

Ailəyə məxsus ferma bu razılaşmaya daxil edilməyib.

Xatırladaq ki, Ciqan və Oksana 2012-ci ilin dekabr ayında ailə həyatı qurublar. Cütlük 2025-ci ilin payızında boşanmaq qərarı vermişdi.


SON XƏBƏRLƏR