• Bakı 18° C

    12.68 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

2025-ci ildə ən çox donuz Şəki-Zaqatalada yetişdirilib - SİYAHI
İQTİSADİYYAT
24 May 2025 | 16:52

2025-ci ildə ən çox donuz Şəki-Zaqatalada yetişdirilib - SİYAHI

2025-ci ildə Azərbaycanda ən çox donuz yetişdirilən iqtisadi rayon Şəki-Zaqatala olub.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən xəbər verir.

Belə ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2025-ci ildə 2423 baş donuz qeydə alınıb, bu da əvvəlki ilin 2507 başlıq göstəricisinə nisbətən 0.4% azalma deməkdir.

Qax rayonunda 2025-ci ildə 1661 baş, 2024-cü ildə isə 1681 baş donuz qeydə alınıb (0.2% azalma).

Qəbələdə 2025-ci ildə 670 baş donuz olub, əvvəlki ildə bu rəqəm 735 təşkil edib (8.8% azalma).

Oğuzda isə donuzların sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 92 baş olub.

Digər iqtisadi rayonlar üzrə vəziyyət aşağıdakı kimidir:

Bakı şəhəri üzrə - 502 baş donuz olub (bu göstərici ötən ilə nisbətən 51,5% azalıb)

Naxçıvanda - 2024-cü ildə 504 baş donuz qeydə alınsa da, 2025-ci ildə burada donuz yetişdirilməyib.

Abşeron-Xızı iqtisadi rayonu üzrə 2025-ci ildə 18 baş donuz qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,7% azalma təşkil edir (2024-cü ildə 51 baş). Xüsusilə, Xızı rayonunda 2025-ci ildə 18 baş, 2024-cü ildə isə 20 baş donuz olub (10% azalma).

Dağlıq Şirvan iqtisadi rayonu üzrə donuz sayı artaraq 197 başdan 213 başa yüksəlib. Bu isə 2024-cü illə müqayisədə 8,1% təşkil edir. Bütün artım İsmayıllı rayonu üzrə qeydə alınıb (2024-cü ildə 197, 2025-ci ildə 213 baş).

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə isə donuzların sayı azalıb – 2025-ci ildə 48 baş, 2024-cü ildə isə 98 baş olub (51%). Gəncə şəhərində 2025-ci ildə 6 baş, 2024-cü ildə 32 baş donuz saxlanılıb (81,2% azalma).

Qazax-Tovuz iqtisadi rayonu üzrə 2025-ci ildə 74 baş donuz qeydə alınıb, bu da 2024-cü ilin göstəricisi olan 85 başla müqayisədə 12.9%-lik azalma təşkil edir.

Qarabağ, Lənkəran-Astara, Mil-Muğan iqtisadi rayonlarında isə hər iki ildə donuz yetişdirilməyib.

Qeyd edək ki, Azərbaycan üzrə ümumilikdə 2025-ci ildə 3 408 baş donuz qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,4 azalma deməkdir (2024-cü ildə 4 965 baş).


SON XƏBƏRLƏR