q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

“7 yerdən 5-i boş qaldı” - Misir Mərdanov doktoranturanın problemlərindən DANIŞDI
CƏMİYYƏT
14 May 2026 | 16:01

“7 yerdən 5-i boş qaldı” - Misir Mərdanov doktoranturanın problemlərindən DANIŞDI

“Gənclər arasıda elmə, məxsusi olaraq fundamental elmlərə, məsələn, riyaziyyat elminə gələnlərin sayının getdikcə azalmasına təəssüf edirəmı”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq təhsil naziri, professor  Misir Mərdanov son illər elmə gələn gənclərin sayının azalmasından danışarkən bildirib.

Misir Mərdanov qeyd edib ki, ötən il Riyaziyyat və Mexanika İnstitunda direktor vəzifəsində işləyərkən 7 yerdən 5-i boş qalıb:

“Cəmi 2 nəfər doktorant adını qazanmaq istəmişdi”.

Müsahibimiz qeyd edib ki, səbəblər isə müxtəlifdir. Onun sözlərinə görə, səbəblərdən biri qəbul imtahanlarının çətinliyi ilə bağlıdır:

“Əvvəllər belə idi ki, əvvəlcə ixtisas imtahanı verilirdi. İxtisasdan yüksək qiymət alanı başqa imtahanlara çəkmirdilər, güzəşt edirdilər. İndi isə əvvəlcə xarici dildən imtahan edirlər. Özü də bunu Dövlət İmtahan Mərkəzi həyata keçirir. Uşaqların çoxu orada yarıyolda qalır”.

Bununla yanaşı, M.Mərdanov hesab edir ki, gənclərin elmdən uzaqlaşmaları elmlə məşğul olanların sosial vəziyyətinin ağırlığı ilə də bağlı ola bilər:

“Hələlik deyəcəyim bu məqamlardır”.

“Əyani doktorant başqa yerdə yalnız yarım ştat işləyə bilər” qadağasına diqqət çəkən sabiq təhsil naziri təəssüflə vurğulayıb ki, müvafiq qurumlar doktorantura təhsili haqqında bir qərar verə bilməyiblər :

“Doktorantura təhsilinin dövlət standartı müəyyən olunmayıb. Doktorantura təhsilin sonunu pilləsidir, lakin bunun nə planı var, nə də proqramı. Dəqiq bilirəm yoxdur. Bunu da hələ hazırlamayıblar”.

Həmsöhbətimizin fikrincə, əyani doktorant işləməməlidir, ancaq doktorant kimi ona əməlli-başlı təqaüd və ya maaş verilməlidir:

“Onun da ailəsi və sosial qayğıları var. Doktorantura ilə bağlı çox ciddi problemlər mövcuddur. Çox güman ki, bu səbəblər də doktorant olmağın arzusunda olanların  qarşısına sədd çəkir. Başqa səbəblər də ola bilər. Onları deyə bilmərəm”.

Aydın Baxış


SON XƏBƏRLƏR