• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Almaniyada həyəcan təbili: quş qripi sürətlə yayılır
DÜNYA
26 Oktyabr 2025 | 23:37

Almaniyada həyəcan təbili: quş qripi sürətlə yayılır

Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə miqyasında ciddi narahatlıq yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Şpigel” nəşrində deyilir.

Havaların soyuması ilə yoluxmanın artacağı gözlənilir.

Belə ki, infeksiya dalğası hələ ən yüksək səviyyəyə çatmasa da, ölkə üzrə təxminən 400 min quş məhv edilib.

Mütəxəssislər vəziyyətin ciddi olduğunu və ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğunu bildirirlər. Virusun əsas daşıyıcısının durnalar olduğu qeyd edilib. Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025