Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Kənan Heybətov finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək U23 dünya çempionu titulunu əldə edib.
Hazırda Azərbaycan millisinin hesabında beş medal var: üç qızıl və iki bürünc. Kənan Heybətov (70 kq), Elmir Əliyev (55 kq) və Ziya Babashov (63 kq) dünya çempionu olublar. Ruslan Nurullayev (72 kq) və Günay Qurbanova (59 kq) isə üçüncü yerləri tutublar.
Bakı 










