• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Araz çayında bir nəfər BATDI
HADİSƏ
20 Iyun 2025 | 20:02

Araz çayında bir nəfər BATDI

Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR