İranda 5,5 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar paytaxt Tehran, Qum şəhərlərində və Semnan əyalətində hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilmir.