• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandakı İsveçrə səfirliyi Azərbaycana KÖÇDÜ

DÜNYA

20 Iyun 2025 | 19:29 | Müəllif: Subhan Mahmudov

İrandakı İsveçrə səfirliyi Azərbaycana KÖÇDÜ

İsrail və İran arasında artan gərginlik fonunda İsveçrə İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır:

“Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir.

5 əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026