• Bakı 20° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Dostluq, qardaşlıq, birgəlik, həmrəylik görüşü

SİYASƏT

20 Iyun 2025 | 16:42

Dostluq, qardaşlıq, birgəlik, həmrəylik görüşü

"Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Kahramanmaraşdakı görüş dostluq, qardaşlıq, birgəlik, həmrəylik görüşü idi. Bununla münasibətlərimiz yeni bir nümunə və modellə daha da zənginləşir".

Bu barədə politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığına çox nümunə gətirmək olar:

"Türkiyənin dar günlərində Azərbaycan daim öz qardaşının yanında olub. Eyniylə Azərbaycanın dar günündə Bakı səmalarında türk şahinləri var idi. Bu, xüsusi mesaj olmaqla yanaşı, həm də qardaşlığımızı ifadə edən, Türkiyənin Azərbaycanın yanında olduğunu göstərən önəmli bir nümunə idi”.

Müsahibimiz qeyd edib ki, bu gün Şuşa zirvəsindən baxanda qardaşlıq bağları, eləcə də Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı bizə daha xoş gəlir. Onun sözlərinə görə, dövlətimizin başçısının çıxışı zamanı əhalinin təxahüratı həqiqətən reallığı əks etdirir:

“Qarabağın fatehinə söylənilən həmin fikirlər Türkiyənin ictimai rəyində Azərbaycan liderinə olan münasibəti əks etdirir. Müasir Azərbaycan tarixinin memarı İlham Əliyevdir".

İlyas Hüseynov: Dünyada müharibələr, dağıdıcı fəaliyyətlər görünür, biz isə sülhdən danışır, dostluğumuza töhfələr veririk

Analitik bildirib ki, dövlət başçısı öz çıxışında Şuşa Bəyannaməsindən də danışdı:

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığında, münasibətlərimizdə tamam yeni bir mərhələdir. Bunun simvolik mənaları var. Azad olunan mədəniyyət mərkəzimizdə, Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması mühüm simvolik xarakter daşıyır. Ümumiyyətlə, Vətən müharibəsindən sonra çoxlu simvolizmlər var. Şuşa Bəyannaməsindən sonra münasibətlərimiz hərbi-siyasi müstəviyə qaldırıldı”.

İ.Hüseynov vurğulayıb ki, Türkiyə bütün gücü, resursları, müdafiə sənayesinin üstünlükləri ilə Azərbaycanın təhlükəsizliyinin təminatçısı və Qafqazda sülhün və sabitliyin zəmanətçisi formasında çıxış edir:

“Ölkə rəhbərinin məhz Kahramanmaraşda Şuşa Bəyannaməsinə istinadı təsadüfi deyil. Bu gün bölgədə, dünyada müharibələr, dağıdıcı fəaliyyətlər görünür. Biz isə evlər inşa edərək, sülhdən danışır, dostluğumuza töhfələr verir, təhlükəsizliyimiz haqqında düşünürük. Uzunmüddətli strategiyalar qururuq".

Aydın Baxış


SON XƏBƏRLƏR