• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Rusiya G20 sammitində iştirak edəcək

SİYASƏT

20 Iyun 2025 | 15:19

Rusiya G20 sammitində iştirak edəcək

Rusiya Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində təmsil olunacaq.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz bunu vaxtında elan edəcəyik. Amma istənilən halda Rusiya bu G20-də təmsil olunacaq və fəal iştirak edəcək", - Peskov bildirib.

Xatırladaq ki, G-20 sammiti 21-22 noyabr 2025-ci il tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək. Cənubi Afrika tədbirə ev sahibliyi edən ilk Afrika ölkəsi olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR