Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib.
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanıldığı bildirilir.
Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.
Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.
Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.