Kişi basketbolçulardan ibarət "Astana" komandasının baş məşqçisi Ramunas Tsvirka vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Qazaxıstan təmsilçisinin mətbuat xidməti yayıb.
Litvalı mütəxəssis 59 yaşında həyatla vidalaşıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, "Astana" aprelin əvvəlində Bakıda "Sabah" ilə iki yoldaşlıq oyunu keçirib. Azərbaycan təmsilçisi bir oyunda qalib gəlib (94:83), digərində 102:110 hesabı ilə uduzub.
Bakı 












