• Bakı 21° C

    13.82 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Atletiko onunla danışıqlara başladı
İDMAN
14 Iyun 2025 | 21:40

"Atletiko" onunla danışıqlara başladı

"Atletiko" "Liverpul"un futbolçusu Endi Robertsonu hədəfləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

31 yaşlı cinah müdafiəçisi özü İspaniya klubuna keçmək niyyətindədir. Tərəflər arasında ilkin danışıqlar artıq başlayıb. 

Bildirilir ki, "Liverpul" tərəfi şotlandiyalı oyunçunu yüksək dəyərləndirir. Buna görə İngiltərə klubu üçün Robertsonu buraxmaq çətin olacaq. 

Qeyd edək ki, Endi Robertson bu mövsüm "Liverpul"un heyətində 45 oyuna çıxaraq 2 qolun ötürməsini edib. Onun komandası ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.


SON XƏBƏRLƏR

14 Iyun 2025