q
  • Bakı 19° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Azərbaycanın iki güləşçisi yarımfinalda
İDMAN
14 May 2026 | 17:36

Azərbaycanın iki güləşçisi yarımfinalda

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycanın 5 qadın güləşçisi xalça üzərinə çıxıb. 

Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya  3:12 hesabıyla məğlub olub.

Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala  isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkayla güləşəcək.

Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovozla güləşəcək.

Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub.

Simurə Abdullayeva  bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub.


SON XƏBƏRLƏR