• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Bakı Yeni ili təmiz və səliqəli qarşıladı
CƏMİYYƏT
01 Yanvar 2026 | 12:58

Bakı Yeni ili təmiz və səliqəli qarşıladı

Bakı Yeni ilin səhərini təmiz və səliqəli şəkildə qarşıladı. Hər il olduğu kimi, bu dəfə də minlərlə sakin və turist 31 dekabr gecəsi paytaxtın mərkəzində keçirilən möhtəşəm atəşfəşanlığı izləmək üçün bir araya gəlib. Kütləvi bayram tədbirlərindən sonra şəhərin çirklənməsi adi hal sayılsa da, bu il tam əks mənzərə müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, paytaxtın kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq səhər saat 06:00-a qədər küçə, park və meydanlarda tam təmizlik təmin edib. Qısa müddətdə əldə edilən bu nəticə əməkdaşların peşəkarlığının və operativliyinin göstəricisidir.

Paytaxtın səliqəli görünüşü həm də Prezident İlham Əliyevin şəhər inkişafına, kommunal təsərrüfatın texniki bazasının gücləndirilməsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirilir.

Bakı bu xüsusiyyətinə görə Paris, Nyu-York və Hanoy kimi digər böyük şəhərlərdə bayram sonrası yaranan mənzərədən kəskin fərqlənib və təmizlik nümunəsi kimi seçilib.


SON XƏBƏRLƏR

31 Dekabr 2025