Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub.
Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004 - cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984 - cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş - cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar.
2005 - ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, 1972 - ci il təvəllüdlü Behbudova Şəfiqə Əsgər qızı, 1995 - ci il təvəllüdlü 1992-ci il təvəllüdlü
Baxışlı Əyyub Arif oğlu, 2001 - ci il təvəllüdlü Yunisov Ramiz Ramil oğlu, 1986 - cı il təvəllüdlü Kazımov Ceyhun Əli oğlu, 2020-ci il təvəllüdlü
Şirinov Arif Rövşən oğlu, 2005 - ci il təvəllüdlü Bayramov Nihad Elməddin, 1995 - ci il təvəllüdlü Bəhrəmli Kamran Əli oğlu, 1982 - ci il təvəllüdlü Məmmədov Fəzail Əbil, 1970 - ci il təvəllüdlü Behbudov Niyazi Qaraca oğlu, 2005 - ci il təvəllüdlü Mehtiyev Elgün Zöhrab oğlu, 1985 - ci il təvəllüdlü Balakişiyev İbadət Samir oğlu, 2007 - ci il təvəllüdlü Əlizadə Vüqar Ramil oğlu tüstü zəhərlənməsi ilə Beyləqan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Müraciət edənlərə tibbi müdaxilələr edilib.
Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır.