Avqustun 4-ü günorta saatlarında Avstriyada hava temperaturu rekord həddə – 41°C-yə çatıb
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Kronen Zeitung” nəşri məlumat yayıb.
Bildirilib ki, bununla da əvvəlki 40,5°C-lik rekord geridə qalıb.
Nəşr bildirir ki, hava şəraiti ilə əlaqədar ölkənin şərq hissəsi üçün ən yüksək təhlükə səviyyəsi elan edilib. Eyni zamanda, Burqenland əyalətində meşə yanğını davam edir.
Bakı 











