• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Salah “Trabzonspor”da
İDMAN
04 Avqust 2026 | 21:39

Salah “Trabzonspor”da

Türkiyənin “Trabzonspor” klubu dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salahla anlaşıb.

Bakıvaxtı.az “Haber Global” istinadən xəbər verir ki, Trabzontəmsilçisi uzun müddətdir gözlənilən transferi yekunlaşdırıb.

Məlumata görə, misirli hücumçu “Trabzonspor”la rəsmi müqaviləyə imza atıb. Təcrübəli ulduzun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Məhəmməd Salahın yeni komandasında 11 nömrəli formanı geyinəcəyi bildirilir.

Xatırladaq ki, “Liverpul”un heyətində Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku və Liqa Kubokunu qazanan Salah fərdi göstəriciləri ilə də tarixə düşüb. Premyer Liqada 4 dəfə bombardir olan, 2 dəfə mövsümün ən yaxşı futbolçusu seçilən misirli hücumçu “mersisaydlılar”ın heyətində keçirdiyi 442 rəsmi matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR