• Bakı 12° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
CƏMİYYƏT
01 Aprel 2026 | 20:20

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbul edərkən ən uyğun seçim adi sudur. Su neytral olduğundan dərmanın mənimsənilməsinə mane olmur və təsirini dəyişdirmir.

Onun sözlərinə görə, çayın tərkibindəki maddələr orqanizmdə əlavə təsirlər yarada, qəhvə isə bəzi dərmanlarla birlikdə qəbul edildikdə böyrəklərə zərər verə bilər. Qazlı sular və meyvə şirələri də dərmanların təsirini zəiflədə və ya dəyişdirə bilər.

Xüsusilə qreypfrut şirəsinin dərmanların parçalanmasına təsir edərək ciddi fəsadlara yol aça biləcəyi vurğulanır.


SON XƏBƏRLƏR