• Bakı 21° C

    14.16 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Çempionlar Liqası: Araz-Naxçıvanın rəqibləri bəlli olub
İDMAN
03 Iyul 2025 | 16:31

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

"Araz-Naxçıvan" futzal komandasının UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.

Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, F qrupunun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.


SON XƏBƏRLƏR