• Bakı 28° C

    5.23 m/s

Çində gəmiqayırma zavodunda yanğın: Yaralılar var 
DÜNYA
13 Avqust 2026 | 18:23

Çində gəmiqayırma zavodunda yanğın: Yaralılar var 

Çin Xalq Respublikasının cənub-şərqindəki Futszyan əyalətində fəaliyyət göstərən tərsanədə qeydə alınan yanğın və partlayış ən azı 12 nəfərin xəsarət almasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.

Bildirilib ki, zərərçəkənlərdən 10-u yanğınsöndürəndir. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bütün şəxslər təcili olaraq xəstəxanalara təxliyə ediliblər.

Alovlanma Fuan şəhər dairəsinə daxil olan Qantan qəsəbəsindəki gəmiqayırma zavodunda yerli vaxtla saat 13:09-da başlayıb. Hadisə yerinə dərhal xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb ediliblər. Yanğından təxminən bir saat sonra tərsanədə partlayış qeydə alınıb.

Hazırda yanğınsöndürən qruplar alovun tam lokallaşdırılması və söndürülməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR