• Bakı 28° C

    5.23 m/s

Müğənni mühafizəçiyə əsəbiləşdi
ŞOU
13 Avqust 2026 | 19:36

Müğənni mühafizəçiyə əsəbiləşdi

Türkiyəli müğənni Yıldız Tilbe Çeşmədə verdiyi konsertdən sonra yaşanan gərginliklə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir məkanını tərk edən sənətçi ilə təhlükəsizlik əməkdaşı arasında qısa mübahisə baş verib.

İddiaya görə, mühafizəçinin yüksək səslə danışması Yıldız Tilbeni əsəbiləşdirib. Müğənni həmin şəxsdən uzaqlaşmasını istəyərək sərt ifadələr işlədib.

“Gəlib qulağımın dibində qışqırır. Sənə bir şillə vuraram, gedərsən. Çəkil!”, – deyə Tilbe bildirib.

Gərginlik uzun çəkməyib və sənətçi daha sonra ərazidən uzaqlaşıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Yıldız Tilbenin təhlükəsizlik əməkdaşına ünvanladığı sözlər müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR