• Bakı 28° C

    5.23 m/s

Stiven Spilberq MoMA-nın nüfuzlu mükafatına layiq görüldü
ŞOU
13 Avqust 2026 | 19:24

Stiven Spilberq MoMA-nın nüfuzlu mükafatına layiq görüldü

Məşhur rejissor Stiven Spilberq mükafat kolleksiyasına daha bir nüfuzlu təltif əlavə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, MoMA Film Benefit 2026 xeyriyyə gecəsinin əsas laureatı elan olunub. Tədbirin baş sponsoru Chanel moda evidir.

Hər il keçirilən tədbirdə kino sənayesinin ən nüfuzlu nümayəndələri təltif olunur. Eyni zamanda gecə muzeyin unikal kino kolleksiyasının zənginləşdirilməsi və müxtəlif proqramların maliyyələşdirilməsi üçün vəsait toplamaq məqsədi daşıyır.

Ulduzların qatılacağı qala gecəsi 12 noyabrda Nyu-Yorkda keçiriləcək. Proqram çərçivəsində Spilberqin həmkarları və dostları tərəfindən xüsusi çıxışlar, rejissorun zəngin film yaradıcılığından arxiv görüntüləri və rəsmi şam yeməyi təşkil olunacaq.

Spilberq üçün bu mükafatın xüsusi simvolik əhəmiyyəti var. MoMA-nın kino şöbəsinin baş kuratoru Racendra Roy bildirib ki, muzeylə rejissor arasındakı əməkdaşlığın tarixi 50 ildən çox əvvələ gedib çıxır.

Onun sözlərinə görə, MoMA 1974-cü ildə New Directors/New Films proqramı çərçivəsində Spilberqin yaradıcılığını geniş auditoriyaya təqdim etməyə kömək edib.

O vaxtdan bəri rejissor dəfələrlə sübut edib ki, həm sənətkar, həm də kommersiya baxımından uğurlu müəllif olmaq mümkündür.
 
Chanel moda evi 2011-ci ildən bu tədbiri dəstəkləyir, 2021-ci ildən isə MoMA-nın kino istiqamətinin baş sponsoru kimi çıxış edir.

Spilberqdən əvvəl bu mükafata Sofiya Koppola, Martin Skorseze, Gilermo del Toro, Tom Henks, Penelopa Kruz, Corc Kluni, Keyt Blanşett və Kventin Tarantino kimi məşhur rejissor və aktyorlar layiq görülüblər. 2025-ci ildə isə mükafat Sofiya Koppolaya təqdim edilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR