• Bakı 11° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Dağıstanda iki körpü uçdu - YENİLƏNİB
DÜNYA
28 Mart 2026 | 15:18

Dağıstanda iki körpü uçdu - YENİLƏNİB

Xasavyurtda güclü yağışlar səbəbindən dəmir yolu körpüsünün iki aşırımı uçub. Qatarların hərəkəti yollardan biri ilə davam edir.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan hökumətindən bildirilib.

Qeyd olunub ki, vəziyyətin monitorinqi aparılır və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülür.

Güclü yağışlar nəticəsində Yarık-Su çayının yatağının dolması səbəbindən avtomobil və piyada körpülərindən hərəkət məhdudlaşdırılıb.

***

11:38

Dağıstanda daşqınlar səbəbindən 60 min insan işıqsız qalıb.

Bakıvaxtı.az xəbər verir ki, leysan yağışlar Mahaçqala, Dərbənd və Dağıstankie Oqni şəhərlərinə də təsir edib.

    Mahaçqalada daşqın suları şəxsi yaşayış evlərinin yerləşdiyi əraziləri basıb. Təxminən 20 evin su altında qaldığı bildirilib.
    Daşqın küçələrdəki avtomobilləri də aparıb.

    Mahaçqala da daxil olmaqla, Dağıstanın on dörd rayonu elektrik enerjisiz qalıb. Xilasedicilərin insanları qayıqla təxliyə etdikləri bildirilib.


    SON XƏBƏRLƏR

    27 Mart 2026