• Bakı 29° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Sərhəd pozucuları saxlanıldılar
CƏMİYYƏT
01 Avqust 2025 | 12:06

Sərhəd pozucuları saxlanıldılar

Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


SON XƏBƏRLƏR

01 Avqust 2025