• Bakı 32° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Nüvə sualtı qayıqlarını Rusiya sərhədinə göndərdi - Tramp qəzəbləndi
DÜNYA
02 Avqust 2025 | 00:01

Nüvə sualtı qayıqlarını Rusiya sərhədinə göndərdi - Tramp qəzəbləndi

ABŞ Prezidenti Donald Tramp iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə yerləşdirilməsi barədə əmr verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında yazıb.

Tram bunu Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedevin aqressiv ifadələrinə cavab olaraq etdiyini açıqlayıb. 

“Medvedevin təxribat xarakterli bəyanatlarına əsaslanaraq, mən iki nüvə sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etmişəm. Bu axmaq və qızışdırıcı bəyanatlar gözlənilməz nəticələrə səbəb ola bilər”, deyə  Tramp “Truth Social” platformasında paylaşımında bildirib.

Qeyd edək ki, Dmitri Medvedyev X hesabında Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı.


SON XƏBƏRLƏR

01 Avqust 2025