• Bakı 26° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Ərdoğan: Qoyacağımız ən böyük miras olaraq Terrorsuz Türkiyə qururuq
DÜNYA
13 Avqust 2025 | 17:00

Ərdoğan: Qoyacağımız ən böyük miras olaraq Terrorsuz Türkiyə qururuq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Gənclik Strategiyası və Məşvərət Düşərgəsinin Bağlanış Proqramında çıxış edib.

Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.

Belə ki, o, gənclərə səbir, cəsarət və səmimiyyətlə “Terrorsuz Türkiyə” mirası qoyacaqlarını bildirib.

Prezident vurğulayıb ki, qarşıya çıxan maneələrə baxmayaraq, Allahın izni ilə ölkəyə təhlükəsiz və sabit bir gələcək çatdırılacaq.

Ərdoğan həmçinin bələdiyyələrdə korrupsiyaya qarşı mübarizənin davam edəcəyini və dövlət vəsaitlərinin talanının qarşısının alınacağını qeyd edib.

O, CHP-nin təsirinə malik qruplardan azad olunmuş bir Türkiyə qurmağı hədəflədiklərini əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR