• Bakı 26° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Fransa İsrailə yardım təklif etdi: İranın hücumuna qarşı…
DÜNYA
13 Iyun 2025 | 22:42

Fransa İsrailə yardım təklif etdi: İranın hücumuna qarşı…

Fransa İranın İsrailin nüvə obyektlərinə zərbələrinə cavab olaraq həyata keçirəcəyi hücumu dəf etmək üçün İsrailə hər cür kömək göstərməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“İrana gəlincə, biz İsrailin təhlükəsizliyini dəstəkləyirik və buna görə də cavab olaraq İsrail İran tərəfindən hücuma məruz qalarsa, Fransa İsraili qorumaq və müdafiə etmək üçün əməliyyatlarda iştirak edə bilər. Və mən bu mənada hazır olduğumuzu vurğuladım”, - o bildirib.

Eyni zamanda Fransa prezidenti vurğulayıb ki, Paris İrana qarşı hər hansı hücum əməliyyatında İsraili dəstəkləməyə hazır deyil:

“Biz İranın nüvə proqramları məsələsində diplomatik yolun tərəfdarıyıq”.

Qeyd edək ki, İran artıq cavab əməliyyatına başlayıb.


SON XƏBƏRLƏR

13 Iyun 2025