• Bakı 18° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Kollec direktoru vəzifədən GETDİ

CƏMİYYƏT

14 Iyun 2025 | 10:15

Kollec direktoru vəzifədən GETDİ

Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru İsrayıl İsgəndərov vəzifəsindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə xəbəri onun özü verib.

“Mən ADPK-dakı 6.5 illik fəaliyyətimi yekunlaşdırdım”, - deyə o bildirib. Təhsil ocağındakı fəaliyyətinə toxunan sabiq direktor deyib ki, onun dövründə Azərbaycan kollecləri arasında ilk dəfə ADPK qrant udub, kolleclər üçün dərslik və dərs vəsaitləri hazırlanıb, daxili imkanlar hesabına 6 kompüter laboratoriyası yaradılıb, 2018-ci ildən 7 yeni ixtsas üzrə tələbə qəbulu aparmağa icazə verilib.

Qeyd edək ki, köhnə adı "M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu" olan ADPK Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026