Mingəçevir su anbarında dincəlməyə gedən Şəmkir sakinlərini gün vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə günün ikinci yarısı baş verib.
2 nəfər Şəmkir rayon sakini özünü pis hiss etdiyindən təcili tibbi yardıma çağırış olunub. Hər iki şəxs Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.07.2025-ci il tarixində saat 18:00 radələrində 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara günvurma diaqnozu təyin edilib, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir. Vəziyyətləri stabildir./“Qafqazinfo”