• Bakı 21° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Fransa Ukraynaya 8,6 milyard avro xərcləyib
DÜNYA
18 Sentyabr 2025 | 20:44

Fransa Ukraynaya 8,6 milyard avro xərcləyib

Fransa 24 fevral 2022-ci ildən 2024-cü il dekabrın 31-dək Kiyevə yardım üçün 8,6 milyard avro xərcləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Les Echos” qəzeti məlumat yayıb.

Məlumata görə, xüsusilə, hərbi yardım (silahların ötürülməsi, təchizatı və döyüş hazırlığı vəziyyətində saxlanması, Ukrayna əsgərlərinin təlimi) Fransaya 5,9 milyard avroya başa gəlib.

Nəşr xatırladıb ki, Fransanın Ukraynaya verdiyi silahlar arasında “Sezar” özüyeriyən artilleriya qurğuları, “Miraj 2000” qırıcıları, “Crotale” raket sistemləri və SCALP raketləri var./axar.az


SON XƏBƏRLƏR