• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Gömrükdə qarpızın içindən 28 kilo markotik TAPILDI
CƏMİYYƏT
01 Yanvar 2026 | 12:48

Gömrükdə qarpızın içindən 28 kilo markotik TAPILDI

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə qarpız yükünün içərisində aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya təzə qarpız yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

31 Dekabr 2025