q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Hermes Finance BOKT yaratmaq istəyir
İQTİSADİYYAT
14 May 2026 | 16:05

"Hermes Finance" BOKT yaratmaq istəyir

İyunun 9-da, saat 10:00-da "Hermes Finance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 36 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin təsisçiliyi ilə "Hermes" MMC bank olmayan kredit təşkilatının (BOKT) yaradılması, onun nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının, icra orqanının, təşkilati strukturunun və inzibatçılarının (idarəetmə orqanlarının, Audit Komitəsinin üzvləri, baş mühasib, daxili auditoru) müəyyən edilməsi, kommersiya strategiyası, maliyyələşdirmə mənbələri, kredit siyasətinin əsas göstəriciləri, daxili nəzarət sistemi və ilk üç üçün maliyyə proqnozlarını əks etdirilən biznes-plan tərtib edilməsi daxildir.

Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Şirkətin səhmdarları 45 % payla N.Mehrəliyeva-Rzayevaya, 45 % payla Kamran Quliyev və 10 % payla Həmid Mirzəyevdir. "Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.


SON XƏBƏRLƏR