• Bakı 26° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Həyətində narkotik bitki yetişdirən şəxs tutulub
HADİSƏ
13 Avqust 2025 | 16:28

Həyətində narkotik bitki yetişdirən şəxs tutulub

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR