Hindistanın aviasiya tənzimləyicisi “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra yerli aviadaşıyıcıların istifadə etdiyi bütün “Boeing 787”lərin yoxlanılmasına dair tapşırıq verib.
Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın aviasiya naziri Ram Mohan Naidu bildirib.
“Biz həmçinin “Boeing 787” təyyarələrinə hərtərəfli nəzarət edilməsini tapşırıq vermişik. Bizim Hindistan donanmamızda onlardan 34 dənədir. 8-i artıq yoxlanılıb, qalanları da ən qısa zamanda yoxlanılacaq”, - nazir deyib.